• Bakı 16° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Mətanətdən küsülü həmakrına: “Zooparkda Niyamı axtarırdım”

MƏDƏNİYYƏT-ŞOU

16 Aprel 2024 | 13:00

Mətanətdən küsülü həmakrına: “Zooparkda Niyamı axtarırdım”

“Niyam Salami ilə dünən yox, o biri gün barışmışıq”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova “7 tamam” verilişində deyib.

O, uzun zamandır ki, küsülü olduğu həmakrı Niyam Salami ilə aralarındakı maraqlı dialoqundan da söz salıb:

“Mənim hər hansı səhvim olanda, yığıb yalvarıram ki, “bağışla, səhv etmişəm”. O günlərdə məndən müsahibə almışdılar, orada demişəm ki, “gedib zooparkda heyvanlarla dərdləşirdim”. Bir də gördüm Niyam yığıb ki, “qızım, qızım, kişmiş qızım, zooparkda nə edirdin, nə axtarırdın orada?” mən də dedim ki, “səni axtarırdım”. Sonradan barışdıq”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

29 Aprel 2024