• Bakı 14° C

    1.99 m/s

Seda Sayan boşanır?

MƏDƏNİYYƏT

17 Mart 2024 | 17:23 | Müəllif: Subhan Mahmudov

Seda Sayan boşanır?

2022-ci ildə Beşiktaşdakı lüks hoteldə ailə quran məşhur türkiyəli müğənni Seda Sayan bu günlərdə həyat yoldaşı Çağlar Öktendən boşanacağı ilə bağlı xəbərlərlə gündəm olub.

Bakıvaxtı.az xəbər verir ki, aparıcılıq etdiyi proqramda yayılan xəbərlərə üsyan edən Sayan ayrılıq iddialarına son qoyaraq diqqətçəkən açıqlamalar verib.

O qeyd edib ki, evləndikdən sonra Ökten soyadını götürüb, lakin rəsmi prosedurlarda yaşadığı problemlərə görə məhkəmə qərarı ilə yenidən əvvəlki soyadına qayıdıb.

Müğənni bu hadisənin “yanlış başa düşüldüyünü” bildirib.

“Belə bir şey yoxdur. Bu xəbərləri haradan alırsınız? Hamımızın ailələri var. Belə şeylər etməyin. Aramızda heç nə yoxdur. 2 il yarımdır bir yerdəyik. Biz hələ bir-birimizə “get” deməmişik. Üstəlik sevgimizi hamı görür. Bu sevgidən nə istəyirlər?”, - deyə etiraz edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR