• Bakı 26° C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

“Anar müəllim, gəlinin çayını içməyə layiq olmaq lazımdır”

MƏDƏNİYYƏT

16 Fevral 2024 | 12:22

“Anar müəllim, gəlinin çayını içməyə layiq olmaq lazımdır”

Xəbər verdiyimiz kimi, şair, jurnalist Anar Vəziroğlu gəlin -qayınata, qayınana münasibətlərindən danışıb.

Onun “gəlinin qayınataya çay verməyi ən böyük ədəbsizlikdir” sözlərin isə birmənalı qarşılanmayıb.

Bakıvaxtı.az xəbər verir ki, jurnalistin bu fikirləri ilə bəzi sənət adamları razılaşmayıblar. Anar Vəziroğlunu sözlərinə görə tənqid edənlərdən biri də şair Nazilə Səfərli olub. O, sosial media hesabında paylaşım edərək bu sözləri yazıb:

“Anar Vəziroğlu sərt danışır. Gəlinin ərindən başqa heç kimə qulluq etmək kimi bir öhdəliyi yoxdur. Yalnız könüllü şəkildə, qarşılıqlı hörmət görərsə, qulluq edə bilər. Məcbur edilərsə, əməyi o kəslərə haramdır. Anar müəllim, gəlinin çayını içməyə layiq olmaq lazımdır. Ən böyük ədəblə…”

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

28 May 2025