• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Samirə qızını Xalq artistinin oğluna ƏRƏ VERİR

MƏDƏNİYYƏT

18 Yanvar 2024 | 12:58

Samirə qızını Xalq artistinin oğluna ƏRƏ VERİR

Meyxanaçı Samirə Yusifqızı müğənni qızı Fərəhi ərə verməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə “Tarixin bir günü” verilişində danışıb.

Samirə gələcək kürəkəninin adını açıqlamaqdan imtina etsə də, anasının Xalq artisti olduğunu bildirib.

Fərəh isə sözügedən bəyin uzun müddətdir ki, onu sosial medadan izlədiyini deyib: “O, məni xəbərim olmadan sosial şəbəkədə izləyirmiş. Bir gün “Instagram”da yazdı ki, sizi çox bəyənirəm, fikrim ciddidir. Sizinlə ailə qurmaq, valideynlərimi sizə elçi göndərmək istəyirəm. Anası Xalq artistidir”.

Amma Fərəh ailə qurmağı düşünmədiyini deyib: “Bizim görüşümüz olmayıb. Mənə böyük jestlər edir, hədiyyələr, güllər göndərir”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026