• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Fənərbağça"nın skautları "Qarabağ"ın futbolçusu üçün Bakıya gəldilər

 

İDMAN

24 Fevral 2024 | 12:50

Fənərbağçanın skautları Qarabağın futbolçusu üçün Bakıya gəldilər 

Türkiyənin "Fənərbağça" klubunun skautları "Qarabağ"ın futbolçusu Olavio Juninyo üçün Bakıya gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli "Fotospor" nəşri məlumat yayıb.

Onlar "Qarabağ"ın Portuqaliyanın "Braqa" komandasını mübarizədən kənarlaşdırdığı Avropa Liqasının pley-off mərhələsinin cavab oyununu izləyiblər.

İstanbul təmsilçisinin 27 yaşlı braziliyalı forvard barədə araşdırmaları davam etdirəcəyi vurğulanıb.

Juninyo 2023-cü ilin yayında "Qarabağ"a keçib.

Xatırladaq ki, səfərdə "Braqa"ya qalib (4:2) gələn "köhlən atlar" Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib. Ağdam təmsilçisi bu raundda Almaniyanın "Bayer 04" klubu ilə üz-üzə gələcək.


SON XƏBƏRLƏR

26 Iyul 2024