• Bakı 16° C

    2.86 m/s

“Zirə” yeni futbolçu ilə anlaşıb

İDMAN

24 Mart 2024 | 18:34 | Müəllif: Subhan Mahmudov

“Zirə” yeni futbolçu ilə anlaşıb

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, paytaxt təmsilçisindən verilən məlumata görə, komanda Araz Abdullayevi heyətinə qatıb.

31 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Yarımmüdafiəçi ilə sözləşmənin müddətini uzatmaq hüququ “Zirə”yə məxsusdur.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Qarabağ”, “Sumqayıt”, İngiltərənin “Everton”, Yunanıstanın “Panionis”, Kiprin “Anortosis”, “Etnikos”, Türkiyənin “Boluspor”, Kosovonun “Lapi” klublarının şərəfini qoruyub. Araz Abdullayev Azərbaycan millisində meydana çıxdığı 40 oyunda 3 dəfə fərqlənməyi bacarıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026