• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların adları açıqlanıb - SİYAHI

CƏMİYYƏT

27 Iyun 2024 | 17:01

Fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların adları açıqlanıb - SİYAHI

Builki sertifikasiya imtahanlarında 0-29 bal aralığında nəticə göstərən ibtidai sinif müəllimləri ən çox Astara rayonu üzrə olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, həmin rayon üzrə 33 faiz müəllim 0-29 bal arası nəticə göstərib:

"Siyahı üzrə ilk sırada Azərbaycan dili və ədəbiyyat fənni üzrə Tərtər, Bərdə, Daşkəsən (hər üçü 14%), riyaziyyat fənnindən Gədəbəy (24%), Göygöl (20%), Ağcabədi (21%), xarici dil fənni üzrə isə Ağcabədi (42%), Astara (38%), Lerik rayonundan (37) olan müəllimlər olub".

E.Əmrullayev qeyd edib ki, sertifikatlaşdırılma prosesində iştirak edən ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimlərindən 25 yaşa qədər və 25-29 yaş aralığında olanlarının hamısı (100%) müvafiq keçid balını (30) toplamağa müvəffəq olub.


SON XƏBƏRLƏR

29 Iyun 2024