• Bakı 25° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Ən kinli insanlar bu bürclərdəndir - Ehtiyatlı olun

CƏMİYYƏT

27 Iyul 2024 | 17:00

Ən kinli insanlar bu bürclərdəndir - Ehtiyatlı olun

İnsanın mənfi xüsusiyyətlərindən bir də kin-küdurətli olmasıdır. Bəzi insanlarda bu xüsusiyyət daha çox özünü göstərir. Kinləri onların əhatəsində olan insanlara zərər verir.

Bakıvaxtı.az astroloji proqnoza görə həmin bürcləri təqdim edir.

Əqrəb - Ən kinli insanların olduğu bürcdür. Bu bürcün nümayəndələri onlara qarşı edilən pislikləri heç vaxt unutmurlar. Öz yaşadıqlarını burnunuzdan gətirənə qədər əl çəkmirlər. Bir andaca əsəbiləşən bürc olduğu üçün onunla çox ehtiyatlı olmalısınız. Məhz kinli olduqları üçün ətrafa uyğunlaşmaqda çətinlik çəkirlər.

Balıqlar - Balıqlar sakit, yumşaq xarakterli insanlar kimi görünürlər. Çox həssas və ağıllıdırlar. Ancaq onların hissləri ilə oynamaq çox təhlükəlidir. Çünki balıqlar onları incidənlərə qarşı çox sərt reaksiya verirlər. İncidikkləri insanları bir göz qırpımında həyatlarından çıxara bilirlər.

Qız - Onların kin-küdurəti ölənə qədər davam edir. Qız bürcü, ümumiyyətlə, emosional əlamət kimi tanınır. Zərər çəkəndə həqiqətən dəli olurlar. İllər keçsə belə üzləşdikləri pisliyi unutmurlar. Onların nifrəti sonsuzdur. Hara gedirsə-getsin, səbəbkarı olduğunuz ən kiçik xaosu yaddan çıxarmırlar./teleqraf.com


SON XƏBƏRLƏR

07 Sentyabr 2024