• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edildi - YENİLƏNİB

SİYASƏT

23 Fevral 2024 | 11:39

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edildi - YENİLƏNİB

Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən, Milli Məclis Fikrət Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsinə razılıq verib.

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclis F.Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında təqdimatına baxılıb.

Müzakirələrdən sonra təqdimat səsverməyə çıxarılaraq qəbul edilib.

***

11:34

Milli Məclisin bugünkü iclasında Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Bakıvaxtı.az-ın məlumatına görə,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fikrət Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verib.

***

08:10

Bu gün Milli Məclisin növbəti plenar iclası keşiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib.

İclacda Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ də müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fikrət Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında keçirilən iclasında F. Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında məsələ parlamentinplenariclasınatövsiyə edilib.

Qeyd edək ki, Fikrət Məmmədov bundan öncə Azərbaycan Respublikasının ədliyyə naziri vəzifəsində çalışıb.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Iyul 2024