• Bakı 20° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Finlandiya Rusiya ilə sərhəddəki sonuncu NBM-i bağlamağa hazırdır

DÜNYA

27 Noyabr 2023 | 20:16

Finlandiya Rusiya ilə sərhəddəki sonuncu NBM-i bağlamağa hazırdır

Finlandiya hökuməti Rusiya ilə sərhəddəki vəziyyətin milli təhlükəsizlik məsələsi olduğunu hesab edir və lazım gələrsə, iki ölkə arasında fəaliyyət göstərən sonuncu nəzarət-buraxılış məntəqəsini (NBM) bağlamağa hazırdır.

Bakıvaxtı.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo Helsinkidə isveçli həmkarı Ulf Kristerssonla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

“Lazım gələrsə, biz sonuncu NBM-i də bağlamağa hazırıq”, - o deyib.

Baş nazirin sözlərinə görə, Finlandiya hökuməti çox yaxın vaxtlarda belə bir qərar verə bilər.


SON XƏBƏRLƏR

08 May 2025