• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Atatürkün partiyası terrorla mübarizə platformasına niyə qoşulmadı?

DÜNYA

27 Dekabr 2023 | 17:07 | Müəllif: Qalib İbrahimoğlu

Atatürkün partiyası terrorla mübarizə platformasına niyə qoşulmadı?

Türkiyə Böyük Millət Məclisində terror aktlarını pisləyən partiyaların birgə bəyannaməsinə hakim AKP, MHP, İYİ və Səadət Partiyası imza atsa da, Cümhuriyyət Xalq Partiyası (CHP) və sol DEM Partiyası imza atmaqdan imtina edib.

Xüsusən, CHP-nin bu addımı ictimaiyyətdə və siyasilər arasında ciddi rezonansa səbəb olub. Əksəriyyət ana müxalifət partiyasının terrora qarşı çıxmamasını sərt şəkildə qınayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da CHP və DEM Partiyasını bəyannaməni imzalamadıqlarına görə tənqid edib. Ərdoğan deyib ki, terroru pisləyə bilməmək, terrorçu ilə eyni dili danışmaq qorxaqlıqdır: "Terrorçu kimi rəftar olunmaqdan qaça bilmir. Burada əsl sorğulanması lazım olan CHP-nin vəziyyətidir. Siyasi partiyalar birləşir, amma Atatürkün partiyası CHP utanmadan özünü separatçı təşkilatın uzantılarının yanında yerləşdirir".

Xatırladaq ki, 2023-cü ilin 22-23 dekabr tarixlərində İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları şəhid olub. Hücumun ardından Türkiyə Silahlı Qüvvələri İraqın Şimalına hava əməliyyatı keçirərək terrorçu qüvvələri məhv edib.

Politoloq Həsrət Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında qardaş Türkiyədə baş verən xain terror hücumu nəticəsində türk əsgərlərinin şəhid olması xəbərindən sarsıldığını deyib.

Ekspert vurğulayıb ki, harada olmasından asılı olmayaraq terrorun lənətlənməsi və mümkün yollarla qarşısının alınması bəşəriyyətin qarşısında duran bir nömrəli məsələdir: "Təəssüf ki, bu cür hadisələrin arxasında çox zaman böyük güclər dayanır və terror az qala beynəlxalq siyasətin həyata keçirilməsi üsuluna dönür. Türkiyə Cumhurriyyətinə qarşı müntəzəm olaraq edilən PKK hücumları da bu baxımdan təsadüfi deyil. Qardaş ölkəni terrorla susdurmaq, regionda və dünyada müstəqil siyasət yürütməsinə mane olmaq istəyən bəlli supergüclər var. Bu da ABŞ və Avropa İttifaqının bəzi ölkələridir. PKK-ya silah göndərən, terroristlərinə təlim düşərgələri yaradan məhz bu ölkələrdir".

Müsahibimiz diqqətə çatdırıb ki, ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyasının terrorla mübarizə platformasına qoşulmaması onlara qarşı çıxmaq istəməməsi, yaxud çıxa bilməməsi kimi başa düşülməlidir: "Bunun başqa izahı yoxdur. Çox təəssüf ki, bizdə Rusiyanın mənafelərini ölkəmizin maraqlarından üstün tutan siyasi qruplar olduğu kimi, Türkiyədə də ABŞ və Qərb ölkələrinin lobbi qrupları var. Halbuki, CHP Atatürkün partiyası kimi terrorla mücadilədə dövlətin maraqlarını müdafiə etməli idi. Düşünürəm ki, türk seçiciləri onların bu addımını unutmayacaqlar".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026