Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, PaşinyanıTbilisi beynəlxalq hava limanında Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili qarşılayıb.
Bu gün Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.
Baş nazir Paşinyanın Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə təkbətək söhbəti də planlaşdırılır.
***
11:30
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfərə gedəcək.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Bildirilib ki, Nikol Paşinyan səfər çərçivəsində gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə təkbətək görüş keçirəcək. Görüşdən sonra Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Komissiyasının iclasının keçirilməsi planlaşdırılır.
Paşinyan və Qaribaşvili həmçinin mətbuata birgə bəyanatla da çıxış edəcək.
















