• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Florida Texasa əlavə qoşun göndərir

DÜNYA

25 Fevral 2024 | 14:10 | Müəllif: Subhan Mahmudov

Florida Texasa əlavə qoşun göndərir

Florida qubernatoru Ron Desantis cənub sərhədinin təhlükəsizliyini təmin etmək üçün Texasa Milli Qvardiya və ştatın yol patrul xidmətlərindən ibarət əlavə qüvvələr göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Desantisin saytında bildirilib.

"ABŞ Prezidenti Co Baydenin sərhəd böhranı hər bir ştatı sərhəd ştatına çevirib, bu da ərazi suverenliyimizin mühafizəsi üçün daha aktiv addımların atılmasını tələb edir. Mən Texasda xidmət edən hər bir hüquq-mühafizə orqanının əməkdaşına, milli qvardiyaçıya və dövlət qvardiyasının üzvünə səmimi təşəkkürümü bildirmək istəyirəm", - deyə o qeyd edib.

Qeyd edək ki, Texasa ümumilikdə 50 qvardiyaçı, həmçinin Floridanın yol patrul xidmətinin 76 əsgəri göndərilib./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026