• Bakı 10° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qida əlavəsi 26 nəfəri xəstəxanalıq etdi

DÜNYA

26 Mart 2024 | 09:30

Qida əlavəsi 26 nəfəri xəstəxanalıq etdi

Yaponiyada fəaliyyət göstərən özəl bir şirkətin qırmızı düyü mayası ilə istehsal etdiyi və pis xolesterolu saldığı iddia edilən qida əlavələri 26 nəfərin xəstəxanaya yerləşdirilməsinə səbəb olub.

Bakıvaxtı.az “TRT Türk”ə istinadən xəbər verir ki, şirkətdən verilən açıqlamada bildirilib ki, ötən həftə böyrək çatışmazlığı da daxil olmaqla müxtəlif şikayətlərlə xəstəxanaya yerləşdirilən 6 nəfərdən əlavə, dünən məhsullardan istifadə edən 20 nəfər də xəstəxanaya yerləşdirilib. 

Artımdan sonra şirkətin 300 min paket "Beni Koji Choleste Help" adlı məhsul da daxil olmaqla 5 fərqli əlavəni bazardan geri çağırmağa başladığı qeyd edilib.

Şirkət müştərilərini məhsuldan istifadəni dayandırmağa çağırıb. İstehsal prosesində istifadə edilən qəliblərdən əldə edilən naməlum komponentin yan təsirlərə səbəb olması ehtimalı nəzərdən keçirilərək mövzu ilə bağlı ətraflı araşdırma başladılıb. 

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026