• Bakı 20° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Fransa Ukraynaya qırıcı təyyarələr verməyib, amma...

DÜNYA

25 Aprel 2024 | 08:36

Fransa Ukraynaya qırıcı təyyarələr verməyib, amma...

“Fransa hələlik qırıcılar tədarük etməyəcək, lakin artıq Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən seçilmiş on ukraynalı pilotun təlimində iştirak edir”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BFM TV nəşri bildirib.

Məlumata görə, onlardan altısı Böyük Britaniyada təlim keçir.

Onların hazırda Fransanın cənub-qərbindəki hava bazasında olduqları, orada F-16-da hava döyüşü üzrə təlim keçdirləri bildirilir. Nəşr əlavə edib ki, ukraynalı pilotlar fransız pilotları ilə eyni şəkildə, lakin iki dəfə daha sürətli təlim keçirlər.

Təlim proqramına simulyatorlar, o cümlədən Alpha Jets təyyarələrində təlim daxildir. F-16-nın sükanı arxasına keçməzdən əvvəl ukraynalı pilotlar 80 saat uçmalı olacaqlar.

Murad Məmmədli


SON XƏBƏRLƏR

15 Sentyabr 2025