• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Putin Rəisinin ölümündən sonra İranla münasibətlərdən danışdı

DÜNYA

24 May 2024 | 23:13 | Müəllif: Subhan Mahmudov

Putin Rəisinin ölümündən sonra İranla münasibətlərdən danışdı

İranın xarici siyasətinə gəlincə, bu, İranın özünün suveren qərarıdır. İran böyük regional gücdür və dünya işlərində mühüm rol oynayır. Amma fikrimcə, çətin ki, bu faciədən sonra (İran Prezidenti Rəisinin helikopter qəzasında ölümü – red.) İran rəhbərliyinin xarici siyasətində hər hansı dəyişikliklə qarşılaşaq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin cümə günü Rusiya-Belarus danışıqlarının yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran dövlətçiliyinin fundamental əsasları kifayət qədər sabit və etibarlıdır:

“Biz bir dövlət olaraq İranla, İran xalqı və İran rəhbərliyi ilə çox yaxşı əlaqələr qurmuşuq. Şəxsən mən burada mümkün ciddi dəyişikliklər görmürəm. Ümid edirəm ki, İran siyasətinin Rusiya və əsas beynəlxalq məsələlər üzrə əməkdaşlığımız istiqamətində davamlılıq qalacaq”.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026