• Bakı 25° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edildi

DÜNYA

23 Iyun 2024 | 22:11 | Müəllif: Subhan Mahmudov

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edildi

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib və hazırda kilsə və sinaqoqu atəşə tutan yaraqlıların zərərsizləşdirilməsi üçün tədbirlər görülür. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.

“Vətəndaşların təhlükəsizliyini təmin etmək, terror cinayətlərinin qarşısını almaq və silahlı hücumda iştirak edən şəxslərin tutulması üçün Rusiya FSB-nin Dağıstan üzrə departamentinin rəhbəri antiterror əməliyyatı keçirmək qərarına gəlib”, - məlumatda deyilir.

Hazırda Mahaçqala və Dərbənddə kilsə və sinaqoq binalarını atəşə tutan silahlı şəxslərin axtarışı və zərərsizləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026