Elektron siqaret asılılığı ABŞ-ın Viskonsin ştatında yaşayan Karli Özkurtu az qala öldürəcəkdi.
Bakıvaxtı.az “TRT Haber”ə istindən xəbər vrir ki, 20 yaşı olan Karli Özkurt 5 il idi ki elektron siqaretdən istifadə edirdi. Bu asılılıq az qala onun həyatı bahasına başa gəldi.
Sağ ağciyəri iki dəfə çökən gənc qızın qalıcı zədəsi var. O, həyatında ən böyük peşmanlığının elektron siqaretdən istifadə etməyə başlaması olduğunu bildirib.
2021-ci ilin noyabrında ilk dəfə iş yerində yıxılan və fərqinə varmayan Karli “40 yaşdan çox yaşaya biləcəyimə şübhə edirəm” deyib.
Belində əzələ spazmı olduğunu düşünən gənc qız cəmi 2 gün sonra xəstəxanaya müraciət edib. "İlk dəfə ağciyərim iynə və şprislə yenidən genişləndirilməli idi, lakin 2022-ci ilin noyabrında ağciyərim yenidən çökdükdən sonra onu sinə divarına yapışdırmaq üçün əməliyyat keçirməli oldum" deyib.
Karli insanlara siqareti həyatlarında bir asılılıq olaraq saxlamağa davam etməmələri barədə xəbərdarlıq edir.
Ay Tac

















