• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Maduro Karakasda mitinqdə ona sui-qəsd təşkil olunduğunu bildirib

DÜNYA

26 Mart 2024 | 09:58

Maduro Karakasda mitinqdə ona sui-qəsd təşkil olunduğunu bildirib

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Karakasda keçirilən mitinqdə ona qarşı sui-qəsd olduğunu bildirib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Nikolas Maduro bazar ertəsi Karakasın mərkəzindəki meydanda 2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı çıxışında onun həyatına cəhdin qarşısının alındığını deyib: "Bu gün burada iki silahlı şəxs mənə sui-qəsd etməyə hazırlaşırdı".

    Onun sözlərinə görə, saxlanılanlar ifrat sağçı Vente Venesuela partiyasına mənsub olduqlarını etiraf ediblər.

    O, sui-qəsdə cəhd edənlərin prezident tərəfdarlarının mitinqindən əvvəl Milli Seçki Şurasının binası yaxınlığında keçirilən yürüşü zamanı saxlanıldığını deyib.

    Karakas hökumətinin başçısı Naum Fernandes daha əvvəl Maduroya sui-qəsd etmək üçün nümayişə partlayıcı qurğularla daxil olan 3 nəfərin saxlanıldığını açıqlamışdı.

     

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026