• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qəzzada ölən İsrail əsgərlərinin sayı açıqlandı

DÜNYA

25 Fevral 2024 | 13:31 | Müəllif: Subhan Mahmudov

Qəzzada ölən İsrail əsgərlərinin sayı açıqlandı

İsrail Müdafiə Qüvvələri (IDF) dünən Qəzzanın cənubundakı döyüşdə bir əsgərin həlak olduğunu bildirib.

Bakıvaxtı.az  “Times of Israel”ə istinadən xəbər verir ki, bununla da oktyabrın sonundan bu yana İsrailin Qəzza zolağına qurudan müdaxiləsi nəticəsində ölənlərin sayı 239 nəfərə çatıb.

İordan çayının qərb sahilindəki Şavei Şomrondan olan 21 yaşlı baş serjant Naria Belete Givati ​​Briqadasının kəşfiyyat bölməsində idi.

Bundan əlavə, Givati ​​briqadasının bir zabiti və iki əsgəri döyüşdə ağır yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026