• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Vaşinqton: Rus xalqının əziyyət çəkməsini istəmirik

DÜNYA

26 Mart 2024 | 00:44 | Müəllif: Subhan Mahmudov

Vaşinqton: Rus xalqının əziyyət çəkməsini istəmirik

ABŞ Rusiya ərazisində mümkün terror aktı ilə bağlı kəşfiyyat məlumatları alacağı təqdirdə yenidən Rusiyaya ötürəcək.

Bakıvaxtı.az bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

"Gələcəkdə bu hücumla ("Krokus Siti Holl" terrorçuları - red.) bağlı əldə etdiyimiz kəşfiyyat məlumatı olarsa, əlbəttə ki, bunu Rusiya hökumətinə təqdim edəcəyik, çünki biz terror hücumlarının uğurlu olmasını istəmirik. Biz rus xalqının əziyyət çəkməsini istəmirik", - o bildirib.

O qeyd edib ki, Vaşinqton martın əvvəlində Rusiya paytaxtında gözlənilən terror aktı ilə bağlı məlumatları Moskvaya ötürüb.

Miller həmçinin iddia edib ki, Kiyevin bu teraktla heç bir əlaqəsi yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026