• Bakı 25° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb

DÜNYA

24 Aprel 2024 | 23:10

Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb

Amerika Birləşmiş Ştatları ATACMS taktiki ballistik raketlərini ictimaiyyətə açıqlama vermədən Ukraynaya çatdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Vaşinqton administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Adı açıqlanmayan rəsmi şəxs bildirib ki, çatdırılma son həftələrdə gizli şəkildə həyata keçirilib. Ukrayna isə aprelin 17-də səhər saatlarında Rusiya hədəfinə qarşı ilk dəfə olaraq ATACMS-dan istifadə olunub.

Raketlər ABŞ prezidenti Co Baydenin martın 12-də təsdiqlədiyi Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketinə daxil edilib.

Agentliyin həmsöhbəti Kiyevə dəqiq neçə raket göndərildiyini açıqlamayıb./report


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025