• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rus ordusunda fərarilik rekord həddə qalxdı

DÜNYA

24 Aprel 2024 | 22:00 | Müəllif: Subhan Mahmudov

Rus ordusunda fərarilik rekord həddə qalxdı

Rusiya ordusunda çağırışçıların fərariliyi rekord həddə çatıb. Bu, çox hal Moskva vilayətində qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Britaniya kəşfiyyatının hesabatında bildirilib.

Qeyd edilib ki, 2022-ci ilin sentyabrında qismən səfərbərlikdən bəri 7.400 fərarilik halı qeydə alınıb.

Hərbi məhkəməyə çıxarılan əsgərlərin çoxu şərti cəza alıb və öz bölmələrinə və cəbhə xəttinə qaytarılıb.

Eyni zamanda, Londonda iddia edirlər ki, hərbi xidmətdən yayınan və Qərb ölkələrindən sığınacaq istəyən Rusiya vətəndaşlarının sayı rekord həddə çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026