• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hindistan hərbi istehsalı və ixracını 3 dəfə artıracaq

DÜNYA

25 Fevral 2024 | 12:48 | Müəllif: Subhan Mahmudov

Hindistan hərbi istehsalı və ixracını 3 dəfə artıracaq

Hindistan hakimiyyəti növbəti beş il ərzində ölkənin hərbi-sənaye kompleksinin ümumi istehsalının və ixracının üç dəfə artacağını gözləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə respublikanın müdafiə naziri Racanath Sinqh bildirib.

Sinqhin sözlərinə görə, 2022-2023-cü maliyyə ilində (1 apreldən hesablanır) Hindistanın hərbi-sənaye kompleksi istehsalının həcmi ölkə tarixində ilk dəfə olaraq 12 milyard dollardan çox olub.

O xatırladıb ki, növbəti maliyyə ilinin büdcəsində bir il əvvəlki 71,5 milyard dollarla müqayisədə xərclərin 74,8 milyard dollara qədər artırılması nəzərdə tutulur. Büdcədən ən böyük payı isə Müdafiə Nazirliyi alıb./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026