• Bakı 17° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

"Ukrayna belə risk etsə, üçüncü dünya müharibəsi başlayacaq" - ŞOK AÇIQLAMA

DÜNYA

25 Fevral 2024 | 12:57 | Müəllif: Subhan Mahmudov

"Ukrayna belə risk etsə, üçüncü dünya müharibəsi başlayacaq" - ŞOK AÇIQLAMA

"Ukraynanın Krıma qarşı hərbi müdaxilə cəhdi üçüncü dünya müharibəsinə səbəb olacaq".

Bakıvaxtı.az bildirir ki, bunu Krımın Beynəlxalq Dostları Assosiasiyasının türk klubunun sədri, türkiyəli siyasətçi Ünver Sel deyib.

O vurğulayıb ki, Ukrayna administrasiyası əvvəlki hakimiyyətin səhvlərinə yol verərsə, bunun "nəticələrini çəkəcəklər".

"Yarımada xalqı o vaxt nasistlərə birgə müqavimət göstəribsə, bu gün də neonasistlərə qarşı birgə müqavimət göstərəcək", - Sel vurğulayıb.

Siyasətçinin sözlərinə görə, Krımın 2014-cü ildə Rusiyaya qoşulmasından başqa alternativi yox idi. O, məsələnin o zaman bağlandığını və bir daha gündəmə gətirilmədiyini vurğulayıb.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Fox News telekanalına müsahibəsində Minskə bənzər yeni sazişlər bağlamaq istəmədiyini bildirib. O qeyd edib ki, Kiyev Qara dənizdə uğur əldə etmək üçün yeni əks-hücum hazırlayacaq./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR