Türkiyədə daha bir avtobus qəzası olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Ərzican-Sivas yolunda baş verən avtoqəzada minik maşınının mikroavtobusla toqquşması nəticəsində yaralanan 9 nəfərdən 6-sı hərbçi olub. Onlar xəstəxanaya yerləşdirilib.Bildirilib ki, qəza Sivas şəhərində qeydə alınıb. Avtobusun içərisində 40 nəfər olub.
Xatırladaq ki, bu gün səhər saatlarında Kastamonu şəhərində də avtobus qəzası olub. Nəticədə 6 nəfər ölüb, 33 nəfər yaralanıb.
















