• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xocalı soyqırımı qurbanları İzmirdə anıldı

DÜNYA

25 Fevral 2024 | 16:37 | Müəllif: Subhan Mahmudov

Xocalı soyqırımı qurbanları İzmirdə anıldı

İzmirdə Xocalı soyqırımının 32-ci ildönümu ilə bağlı tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, İzmir Atatürk Mədəniyyət Mərkəzi (İAKD) tərəfindən Bornovada təşkil edilən tədbir Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi, şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.

Mərasimdə Türkiyə-Azərbaycan Federasiyasının sədr müavini və İAKD-nin sədri Əşrəf Tuna və Pərviz Məmmədzadə geniş məruzə ilə çıxış edib.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Əmir Əliyev və Doqquz Eylül Universitetinin professorları Gülmirə Kuruoğlu və Ülviyyə Aydın isə çıxışlarında məsələnin beynəlxalq səviyyədə qaldırılması, Ermənistanın cəzalandırılması yollarına diqqəti çəkiblər.

Tədbirdə soyqırımla bağlı film də nümayiş etdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026