• Bakı C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.7825

    RUB - 1.5962

Florian Filippo: Parisdə Makronun istefası tələbi ilə nümayiş keçiriləcək

DÜNYA

03 Dekabr 2024 | 14:32

Florian Filippo: Parisdə Makronun istefası tələbi ilə nümayiş keçiriləcək

Fransa Prezidenti Emmanuel Makronun istefası tələbi ilə dekabrın 7-də Parisdə nümayiş keçiriləcək.

Bakıvaxtı.az bu barədə Fransa KİV-ə istinadla xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo hökumətə qarşı etimadsızlıq səsverməsi təhlükəsi fonunda sosial şəbəkələrdə bildirib.

"Dekabrın 7-də saat 14:00-da Parisdə "Makron istefa!" nümayişi keçiriləcək. Hər kəs gəlməlidir!", - o qeyd edib.

F.Filippo həmçinin Fransa liderinin həyat yoldaşı Bricit Makronun "fransızlar ona layiq deyil" sözlərini ələ salıb və prezident cütlüyünü "çamadanlarını yığmağa" çağırıb.

Daha əvvəl prezidentin reytinqinin rekord səviyyədə aşağıda düşdüyü və fransızların yalnız 17 %-nin onu dəstəklədiyi qeyd olunub.


SON XƏBƏRLƏR

03 Dekabr 2024