• Bakı 18° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Formula 1: Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən tikinti işləri ilə bağlı AÇIQLAMA

FORMULA 1

03 Mart 2023 | 16:36

Formula 1: Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən tikinti işləri ilə bağlı AÇIQLAMA

Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına başlanır.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) bildirilib.

Verilən məlumata görə, tikinti-quraşdırma işləri martın 3-ü gecə saatlarından başlayacaq və yarış həftəsinə qədər davam edəcək.

Tədbir çərçivəsində tikinti-quraşdırma işləri mərhələli şəkildə həyata keçiriləcək.

BŞH bu barədə ictimaiyyəti davamlı şəkildə məlumatlandıracaq.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində baş tutacaq.


SON XƏBƏRLƏR