• Bakı 26° C

    0.73 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən biletlərilə bağlı AÇIQLAMA

FORMULA 1

16 Fevral 2023 | 16:39

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən biletlərilə bağlı AÇIQLAMA

Abşeron tribunasının “B” sektorunun biletləri tamamilə satılıb. 

Bu, Filarmoniya tribunasından sonra biletlərin hamısının satıldığı sayca ikinci tribunadır.

Paytaxtda bu ilin 28-30 aprel tarixlərində baş tutacaq "Formula-1" Azərbaycan Qran-Prisi tribunalarından olan Abşeron tribunasının “B” sektorunun bütün biletləri satılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata əsasən, ölkəmizdə yeddinci dəfə keçiriləcək "Formula-1" yarışı həm yerli, həm də xarici vətəndaşların marağını cəlb edir.

BŞH-nın Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev son zamanlar biletlərin satışında müşahidə olunan ciddi artımı tamaşaçıların Bakı yarışına göstərdiyi böyük maraq ilə əlaqələndirib: “Bu il yarışa beynəlxalq səviyyədə daha böyük maraq müşahidə edirik. Yarışı izləmək istəyən xarici azarkeşlərin sayında ən yüksək artım da bu ilə təsadüf edir. Məhz buna görə də hazırkı mərhələdə satış göstəriciləri ötən illərlə müqayisədə artıq rekord həddə çatıb. Şübhəsiz ki, bunda Bakı Şəhər Halqasının ən sürətli şəhər yarışlarından biri olması ilə yanaşı ilk dəfə Sprint yarışına ev sahibliyi etməyimizin də rolu var. Əminik ki, Bakı bu il də ənənəyə sadiq qalaraq avtoidman həvəskarlarının ən çox sevdiyi yarış məkanına çevriləcək. Bütün azarkeşləri hələ də fürsət varkən ilin ən baxımlı yarışına bilet əldə etməyə çağırıram ”.  

Abşeron tribunası Bakı trekinin ən böyük tribunasıdır və azarkeşlərin sevimli tribunalarındandır. Əldə olunan son məlumata görə, builki Azərbaycan Qran Prisinə ümumilikdə 100-ə yaxın ölkədən bilet alınır. Bu ölkələrin arasında Azərbaycanla yanaşı, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Niderland, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, Amerika Birləşmiş Ştatları, Meksika kimi ölkələr üstünlük təşkil edir.

Bilet alışına görə isə ilk üçlükdə isə Böyük Britaniya, Azərbaycan və Niderland qərarlaşıb.

Qeyd edək ki, bu il "Formula-1" Azərbaycan Qran-Prisi  ilk dəfə olaraq doğma Bakımızda sürətsevərləri Sprint yarışı ilə salamlayacaq. Bənzərsiz yarış həyəcanını yaşamaq istəyənlər biletləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərimizin satış nöqtələrindən əldə edə bilərlər:

  • 28 Mall
  • Gənclik Mall
  • Heydər Əliyev Sarayı
  • Kiosk 1 (Azərbaycan kinoteatrı)
  • Kiosk 2 (Nizami küçəsi)
  • ASAN 1
  • ASAN 2
  • ASAN 3
  • ASAN 4
  • ASAN Sumqayıt

SON XƏBƏRLƏR

17 Iyun 2024