• Bakı 16° C

    1.04 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

“Formula-1” üzrə Azərbaycan Qran-Prisində İLK

FORMULA 1

01 Fevral 2023 | 12:10

“Formula-1” üzrə Azərbaycan Qran-Prisində İLK

“Formula-1” üzrə Azərbaycan Qran-Prisi ilk dəfə sprint yarışına ev sahibliyi edəcək”.

Bakıvaxtı.az xəbər verir ki bunu "Formula-1" üzrə Azərbaycan Qran-Prisi üçün media akkreditasiyası ilə bağlı seminarda Azərbaycan Qran-Prisinin mətbuat katibi Turab Teymurov deyib.

O bildirib ki, bu il mövsümün ilk sprint yarışı Bakıda keçiriləcək. “Əvvəlki turnirlərlə müqayisədə bu il bilet satışında rekorda imza atılıb söyləyib. Azərbaycan Qran-prisi üçün 90 ölkədən bilet alınıb. Top üçlükdə Niderland, Böyük Britaniya və Türkiyə qərarlaşıb”, - deyə T.Teymurov bildirib.

O, Bakıdakı yarış üçün jurnalistlərin qeydiyyat prosesinin fevralın 1-dən martın 10-dək davam edəcəyini diqqətə çatdırıb.

"Bu il Azərbaycan Qran-prisi 28-30 apreldə keçiriləcək", - deyə T.Teymurov bildirib. 

Ramid İbrahimov


SON XƏBƏRLƏR