• Bakı C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

"Formula-1"də vauçerlərin elektron biletlərə dəyişdirilməsinə başlanıb

FORMULA 1

06 Aprel 2023 | 14:01

Formula-1də vauçerlərin elektron biletlərə dəyişdirilməsinə başlanıb

"Formula-1" Azərbaycan Qran-Prisi üçün bilet vauçerlərinin elektron biletlə dəyişdirilməsinə başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, 2023-ci il "Formula-1"  Azərbaycan Qran-Prisinə bilet alan şəxslər artıq əldə olunan vauçerləri elektron biletlərə dəyişə bilərlər. Vauçerlərin dəyişdirilməsi prosesi aprel ayının 6-sından etibarən başlayacaq.

Vauçerləri əldə etmiş bilet sahibləri www.bakucitycircuit.com veb səhifəsindən şəxsi hesablarına daxil olaraq elektron bileti yükləyə bilərlər. Qeyd edək ki, bu ilki yarışlar üçün ancaq elektron biletlər nəzərdə tutulmuşdur.

Biletlərini kassadan əldə edən və yalnız vauçer üzərində adı qeyd edilən şəxslər aşağıdakı satış məntəqələrinə yaxınlaşaraq vauçerləri və şəxsiyyət vəsiqələrini təqdim etməklə onları elektron biletə dəyişə bilər. Aşağıdakı cədvəldə bilet satışı məntəqələrinin ünvanları təqdim olunur: 

No

Satış Məntəqəsi

Ünvan

1

28 Mall

Azadlıq pr. 15A/4, Bakı, Azərbaycan

10:00 - 22:00

2

Gənclik Mall

 

F. Xoyski 38, Gənclik m.s/ Bakı, Azərbaycan

10:00 - 22:00

3

Heydər Əliyev Sarayı

Bül-Bül pr.35., Bakı, Azərbaycan

11:00 -  19:00

M.Ə. Rəsulzadə (Azərbaycan kinoteatrı)

11:00 - 20:00

4

Kiosk 1 (Azərbaycan kinoteatrı)

 

5

Kiosk 2 (Nizami küçəsi)

Bül-Bül pr., Nizami küçəsi, Bakı, Azərbaycan

10:00 - 19:00

6

ASAN 2

 

AMAY Ticarət Mərkəzi, 2-ci mərtəbə, 8 Noyabr Prospekti 23., Bakı

09:00 - 18:00 (bazar ertəsi - cümə)

10:00 - 17:00 (şənbə - bazar)

7

ASAN 3

ASAN, Abbas Mirzə Şərifzadə küç.157, Yasamal, Bakı, Azərbaycan

09:00 - 18:00 (bazar ertəsi - cümə)

10:00 - 17:00 (şənbə - bazar)

8

ASAN 4

Sülh 197, Bakıxanov, Sabunçu, Bakı, Azərbaycan

11:00 - 20:00

09:00 - 18:00 (bazar ertəsi - cümə)

10:00 - 17:00 (şənbə - bazar)

9

ASAN Sumqayıt

15-ci məhəllə, 42d, Bakı küçəsi, Sumqayıt

09:00 - 18:00 (bazar ertəsi - cümə)

10:00 - 17:00 (şənbə - bazar)

 

Qeyd edək ki, yarış və əyləncə zonasına vauçerlə giriş qeyri-mümkündür. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) builki yarışa bilet almış hər bir şəxsə mübadilə prosesini gecikdirməməyi tövsiyə edir. Xatırladaq ki, hazırda bilet satışı şəhərin kassalarında və eləcə də onlayn formada davam edir.

Azarkeşlər biletlər və tribunalar ilə bağlı ətraflı məlumat üçün www.bakucitycircuit.com veb səhifəsini ziyarət edə və ya BŞH-nın mobil tətbiq etməsini də yükləyərək son yeniliklərdən xəbərdar ola bilərlər.

Həmçinin, məlum olduğu kimi, elektron biletin üzərində barkod mövcuddur. Tədbirə bir bilet ilə yalnız bir tamaşaçı daxil ola bilər. Eyni biletin birdən çox nüsxəsi təqdim olunduqda yalnız ilk skan olunmuş bilet etibarlı hesab ediləcək. Bu baxımdan azarkeşlərin bilet üzərindəki məlumatları məxfi saxlaması vacibdir.

Əlavə məlumat və suallar üçün *6003 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.


SON XƏBƏRLƏR

28 Mart 2024