Gənclər və idman naziri Fərid Qayıbov "Formula-1" üzrə Azərbaycan Qran-prisini izləyən şəhid ailələri və qazilərlə görüşüb.
Bakıvaxtı.az-ın məlumatına görə, nazir bildirib ki, 44 günlük Vətən müharibəsində şücaət göstərmiş qəhrəman şəhid oğullarımızın ailə üzvlərini və qazilərimizi ölkə əhəmiyyətli idman tədbirində, azarkeşlər sırasında görmək çox qürurvericidir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi bu gün başa çatacaq. 2500-ə yaxın şəhid ailələrinin üzvləri və Vətən müharibəsində iştirak etmiş qazilər yarışı izləmək üçün dəvət olunublar.
Ramid İbrahimov