• Bakı 15° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Fransa Azərbaycan -Ermənistan münaqişəsinin uzanmasında maraqlıdır - Müşfiq Cəfərov

CƏMİYYƏT

02 Dekabr 2022 | 17:00

Fransa Azərbaycan -Ermənistan münaqişəsinin uzanmasında maraqlıdır - Müşfiq Cəfərov

“Uzun illərdir erməni diasporunun və lobbisinin Fransa xarici siyasətinə mühüm təsiri inkarolunmaz həqiqətdir. Lakin bu gün Azərbaycana məsafəcə  uzaq olan Fransanın Cənubi Qafqazla bağlı siyasətində meydana çıxan ziddiyyətli məqamları yalnız erməni lobbisinin təsiri ilə əlaqələndirmək, fikrimcə, doğru olmazdı”. 

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib. 

O qeyd edib ki, Fransa istər 1-ci Qarabağ müharibəsi, istər 30 il müddətində gedən danışıqlar zamanı, nəhayət 44 günlük Vətən müharibəsi və sonrası açıq və ya gizli şəkildə daima Ermənistana olan müdafiəsini hiss etdirib: “İkinci Qarabağ müharibəsi bitdikdən qısa müddət sonra Fransa Senatının heç bir hüquqi qüvvəsi olmayan “Dağlıq Qarabağ Respublikası”nı tanıyan qətnamə qəbul etməsini bu ölkədə müəyyən dairələrin ermənilərin ağır məğlubiyyətindən yaranan narahatlığı kimi qəbul edə bilərik. 

Fransa özü müstəmləkəçi bir ölkə olub. Tarixdə qanlı qırğınların səbəbkarı olan bu dövlət sanki bu gün həmin siyasətini Ermənistan vasitəsilə davam etdirmək istəyir. Lakin Azərbaycan nə Fransanın, nə də başqa bir dövlətin müstəmləkəsi deyil. Fransanın Cənubi Qafqaza, xüsusilə Azərbaycan - Ermənistan münasibətlərinə olan bu marağı təbii ki, bir amillə bağlı deyil. Belə ki, beynəlxalq münasibətlərin xarakterini müəyyən edən maraqlar var ki, məhz bu amili Fransanın Türkiyə kimi güclü bir dövlətin Cənubi Qafqazda nüfuzunun artmasından narahatdır. Çünki Orta Şərqin bir sıra ölkələrində, Şərqi Aralıq dənizi hövzəsində Paris və Ankaranın geostrateji, iqtisadi maraqları diametral olaraq toqquşur”. 

Deputat bildirib ki, Fransa və bir sıra hegemon dövlətlərin maraqlarının toqquşduğu daha bir region ölkəmizin də yerləşdiyi Cənubi Qafqazdır: “Azərbaycanın Cənubi Qafqazda əhəmiyyətini artıran əsas məqamları, geosiyasi mövqeyi, yəni Şərqlə Qərb arasında körpü rolunu oynaması, Orta Şərq regionuna yaxınlığı, zəngin enerji resurslarına malik olmasıdır. Lakin Fransa Azərbaycanın qardaş ölkə olan Türkiyə ilə münasibətlərini həzm etmək istəmir, Ermənistan vasitəsilə Cənubi Qafqazda mövqeyə sahib olmaq niyyətindədir. O səbəbdən də bu münaqişənin davamı Fransaya maraqlıdır. Çünki Ermənistan Azərbaycanın əlverişli ərazilərini işğal etmişdi və bu da bəzi dövlətlərə yaxşı şərait yaratmaq idi. 

15 gün əvvəl Fransa Senatında qəbul olunmuş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 09 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamədən sonra yenidən ölkəmiz əleyhinə qətnamənin qəbulu firənglərin beynəlxalq hüquqa hörmətsizliyinin bir daha sübutu olmaqla yanaşı regionda itirməkdən qorxuğu nüfuzunu qorumaq cəhdidir”.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

25 Aprel 2024