• Bakı 20° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Madriddə erməni ekoterroruna ETİRAZ

CƏMİYYƏT

01 Yanvar 2023 | 15:00 | Müəllif: Qalib İbrahimoğlu

Madriddə erməni ekoterroruna ETİRAZ

İspaniyanın paytaxtı Madriddəki Kolumb meydanında (Plaza de Colon) Ermənistan və erməni separatçıları tərəfindən Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına etiraz əlaməti olaraq dinc aksiya keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, İspaniya Azərbaycanlıları Assosiasiyasının üzvü Məhəmmədəli Əkbərovun təşkilatçılığı ilə baş tutan aksiya zamanı  Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının Ermənistan və erməni separatçıları tərəfindən qanunsuz fəaliyyətinə dərhal son qoyulması tələb edilib.

“Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son!”, “Azərbaycan sərvətlərinin talan olunmasına son! "Ermənistanın ekosidini dayandırın!” şüarlarının əks olunduğu plakatları nümayiş etdirən soydaşlarımız Şuşa-Xankəndi yolunda ermənilərin ekoloji terroruna son qoyulması tələbi ilə fasiləsiz aksiyalar keçirən azərbaycanlı ekofəallar, qeyri-hökumət təşkilatları nümayəndələri və könüllülərlə həmrəy olduqlarını bəyan ediblər.


Madriddə erməni ekoterroruna ETİRAZMadriddə erməni ekoterroruna ETİRAZMadriddə erməni ekoterroruna ETİRAZ
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR