• Bakı 17° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Binanın həyətində külli miqdarda narkotik aşkarlandı

CƏMİYYƏT

31 Yanvar 2023 | 13:22

Binanın həyətində külli miqdarda narkotik aşkarlandı

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb.

Bakıvaxtı.az-a daxil olmuş məlumat əsasında İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilən, Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının qarşısında geyim, ayaqqabı və tekstil məhsullarının toplanıldığı qutunun altında yerləşdirilən narkotik vasitə-metadon naməlum şəxs tərəfindən götürülərkən saxlanılıb.

“Lada” markalı avtomobillə əraziyə gələn həmin şəxsin götürdüyü sellofan torbaya baxış keçirilib. Baxış zamanı sellofan torbada hər konvalyutda 10 ədəd həb olmaqla, ümumilikdə 50 konvalyutda 500 ədəd “Methadone 40” adlı həblər aşkar edilib.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

24 Aprel 2024