• Bakı 26° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

BŞİH-dən qəzalı binalarla bağlı tapşırıq

CƏMİYYƏT

02 Mart 2023 | 11:32

BŞİH-dən qəzalı binalarla bağlı tapşırıq

Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinə qəzalı vəziyyətdə olan binalarla bağlı tapşırıqlar verilib.

Bakıvaxtı.az xəbər verir ki, məsələ İcra Hakimiyyətində paytaxtın təsərrüfat strukturlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibdə keçirilən müşavirədə müzakirə olunub.

Müşavirədə paytaxt sakinləri üçün son dərəcə aktual olan qəzalı vəziyyətdə olan binaların problemi qaldırılıb. Bildirilib ki, qəzalı binaların əksəriyyəti sovet dövründə tikilib və onların istismar müddəti başa çatıb.

Qeyd edilib ki, söhbət, əsasən, “xruşşovka” adlandırılan beşmərtəbəli binalardan, yataqxanalar və digər tikililərdən gedir və onların siyahısı daim yenilənir.

Xüsusilə qeyd olunub ki, ölkə rəhbərliyinin səyləri nəticəsində son beş ildə Bakıda 1 239 qəzalı bina sökülüb, onminlərlə insan yeni mənzillərə köçürülüb və ya müvafiq kompensasiya alıb.

Qeyd olunub ki, hazırda bu istiqamətdə işlər davam edir və Nazirlər Kabinetinin nəzarətindədir. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinə paytaxtın mənzil fondunun vəziyyətinə nəzarəti gücləndirmək tapşırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026