• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Esra Gezgincinin “Əsrarəngiz Azərbaycan” sənədli filmi Azərbaycan İctimai televiziyasında yayımlanacaq

CƏMİYYƏT

31 Mart 2023 | 23:46

Esra Gezgincinin “Əsrarəngiz Azərbaycan” sənədli filmi Azərbaycan İctimai televiziyasında yayımlanacaq

Türkiyənin tanınmış aparıcısı, Azərbaycan həqiqətlərini dünyaya çatdıran Esra Gezgincinin “Əsrarəngiz Azərbaycan” sənədli filmi aprelin 2-dən etibarən saat 16:55-də Azərbaycan İctimai Televiziyası efirində yayımlanacaq. Gezginci eyni zamanda verilişin aparıcısı həm də təsisçisidir.

Bakıvaxtı.az-ın məlumatına görə, sənədli filmin əsas mövzusu Azərbaycanın mədəni irsi, folkloru, xüsusilə Qarabağ tarixi, həmçinin, Azərbaycan-Türkiyə dostluq-qardaşlıq münasibətləri olacaq.

Aparıcı qeyd edib ki, Azərbaycanda Bakıdan Türk dünyasının paytaxtı Şuşaya qədər uzanan səyahəti əks etdirən ümumilikdə 10 veriliş çəkilib.

Məlumat üçün bildirək ki, sənədli film daha öncə Türkiyənin NTV kanalında izləyicilərə təqdim edilib. Məşhur aparıcı Esra Gezginci, verilişdə işğaldan azad olunan rayonlarımız haqda da danışıb, Şuşanın önəmi barədə NTV izləyicilərinə ətraflı məlumat verib.

 

 


SON XƏBƏRLƏR