• Bakı C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

SİYASƏT

13 Mart 2026 | 08:44

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

12 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.


Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, nazirlər cari regional təhlükəsizlik vəziyyətini, Yaxın Şərqdə artan hərbi eskalasiyanı, eləcə də ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    Mövcud strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilərək, gələcək təmaslar üzrə planlar nəzərdən keçirilib.

    Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


    SON XƏBƏRLƏR

    12 Mart 2026