• Bakı 28° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Ramazanın 10-cu günü: dua, imsak və iftar vaxtı...

CƏMİYYƏT

31 Mart 2023 | 22:07

Ramazanın 10-cu günü: dua, imsak və iftar vaxtı...

Sabah Ramazan ayının 10-cu günüdür.

Bakıvaxtı.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 1-də imsak vaxtı saat 04:58-də, iftar vaxtı isə 19:19-dadır.

Aprelin 1-i üçün namaz vaxtları:

Sübh azanı 05:03

Zöhr azanı 12:45

Əsr azanı 17:14

Məğrib azanı 19:19

İşa azanı 20:21

Onuncu günün imsak vaxtı üçün duanı təqdim edirik:

"Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin".

Tərcüməsi: "İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!"

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla".

Allah orucunuzu qəbul eləsin!


SON XƏBƏRLƏR

17 Iyun 2024