• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu rayonlara dolu düşdü – FAKTİKİ HAVA

CƏMİYYƏT

30 Aprel 2023 | 17:45 | Müəllif: Subhan Mahmudov

Bu rayonlara dolu düşdü – FAKTİKİ HAVA

Zaqatalaya diametri 25 mm olan dolu düşüb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, aprelin 30-u saat 16:00-a olan məlumatına əsasən, Daşkəsən, Göygöl, Gəncə, Şahdağ, Cəfərxan, Altıağac, Beyləqan, Sabirabad, Zərdab, Yardımlı, Lerik, Astara, Neftçala, Kürdəmir, Mingəçevir, Lənkəran, Qəbələ, Balakən, Qax, Göyçay, Qobustan, Zaqatala, Ləzə, Xınalıq, İmişlidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Yağan leysan yağış nəticəsində Goranboy rayonu Böylü qəsəbəsi, Gürzalılar kəndindən sel keçib.

Saat 13:10-13:14 radələrində Gəncə şəhərinə diametri 12 mm, Goranboy rayonu Aşağı Ağcakənd ərazisinə, saat 14:30-14:45 radələrində Goranboy rayonunun Muzdurlar və Dəliməmmədli qəsəbəsinə 12-13 mm, Erkək-mənəş, Gürzalılar, Rusbarisi kəndlərinə, saat 15.38-15.51 radələrində Zaqatala rayonu, Muxax, Çobankol, Car kəndlərinə 22-25 mm, Lənkəran rayonuna saat 15.13 radələrində 12 mm olan dolu düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026