• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İtkin kimi axtarılan qız özünü 15-ci mərtəbədən atdı

CƏMİYYƏT

30 May 2023 | 13:51

İtkin kimi axtarılan qız özünü 15-ci mərtəbədən atdı

Bir neçə gün əvvəl itkin kimi axtarışa verilmiş 25 yaşlı qız intihar edib.

Bakıvaxtı.az xəbər verir ki, mayın 26-da Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə 1998-ci il təvəllüdlü R.Rzayevanın itkin düşməsi ilə bağlı müraciət daxil olub. Yaxınları onun naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildiriblər.

Aparılan araşdırmalar nəticəsində R.Rzayevanın mayın 29-da Xırdalan şəhəri Ş.Qurbanov küçəsində yerləşən çoxmərtəbəli binanın 15-ci mərtəbəsindəki ümumi eyvandan özünü ataraq intihar etməsi məlum olub.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

R.Rzayevanın yaşadığı yeri hansı səbəbdən tərk etməsi, Xırdalana niyə getməsi və nə səbəbə həyatına qəsd etməsi hələlik məlum deyil. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026