• Bakı 17° C

    0.85 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Nazirliyin idarə rəisi döyülüb?

CƏMİYYƏT

01 Aprel 2023 | 11:24

Nazirliyin idarə rəisi döyülüb?

8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin döyüldüyü iddia edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, idarə rəisi döyülüb, ağır xəsarətlər alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov  bildirib ki, qeyd olunan məsələ barədə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət daxil olmayıb:

“Amma sosial şəbəkələrdə yayılan iddialarla bağlı araşdırmalara başlanılıb. Tofiq Əsgərov ilkin ifadəsində yıxılaraq xəsarət aldığını bildirib. Hazırda müvafiq ekspertiza təyin olunub və şöbənin Təhqiqat bölməsində araşdırmalar davam etdirilir”. /Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR