• Bakı 14° C

    2.96 m/s

Şavkat Mirziyoyev Heydər Əliyevin məzarını ziyarət etdi

CƏMİYYƏT

02 Mart 2023 | 12:45

Şavkat Mirziyoyev Heydər Əliyevin məzarını ziyarət etdi

Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev martın 2-də Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, Özbəkistan Prezidenti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026