• Bakı 17° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Əmanətlərə vergi tətbiqi hansı problemlərə yol açacaq? - AÇIQLAMA

CƏMİYYƏT

31 Yanvar 2023 | 14:08

Əmanətlərə vergi tətbiqi hansı problemlərə yol açacaq? - AÇIQLAMA

Məlum olduğu kimi, banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində vergidən azad edilmişdi. Belə ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır. Ancaq bu müddət sabah başa çatır.

Bəs bu vergi tədbiqi nələrə gətirib çıxaracaq? Qərara dəyişiklik gözlənilirmi?

İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, doğrudan da, günün sonuna qədər bir qərar olmasa, sabahdan əmanətlərlə bağlı yeni qaydalar qüvvəyə minəcək: “Bu o deməkdir ki, əmənat gəlirlərindən gələn gəlirlərin 10%-i civarında vergi tutulacaq. Əslində, bu, əmanətlərə olan marağı azalda bilər. Ümumiyyətlə, insanların banklarda qoyduqları əmanətin geri götürülməsi halları çoxala bilər”.

Ekspert hesab edir ki, bu, bank sisteminin özü üçün də heç də yaxşı deyil. Onun sözlərinə görə, son zamanlar manatın sabit qalması nəticəsində banklarda manat depozitləri xeyli artmışdı. Ən azından bir qrup insanların əlavə gəlir mənbəyinə çevrilmişdi: “Ona görə də, əksinə banklara depozit qoyulmasını situmullaşdırmaqdansa, vergi tətbiqinin başladılması, mənə elə gəlir ki, bu sahəyə marağı azaldacaq. Bu da bank sistemində problemlərə gətirib çıxaracaq”.

N.Cəfərli qeyd edib ki, hələlik qərarın verilib-verilməyəcəyi ilə bağlı ipucları yoxdur: “Qərar verilsə, daha ysxşı olar. Çünki depozitlərə olan marağın azalması indiki dövrdə bank və maliyyə sistemi üçün heç də yaxşı bir şey deyil”.

Aytac Aslan


SON XƏBƏRLƏR