Fransa Rusiyada olan vətəndaşlarına müraciət edib.
Bakıvaxtı.az "RİA Novosti" yə istinadən məlumatına görə, müraciətdə bildirilib ki, Fransa hökuməti öz vətəndaşlarına məcburiyyət olmadığı təqdirdə Rusiyada qalmağı tövsiyə etmir.
“Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar tətbiq edilən sanksiyalar kontekstində vətəndaşlarımız daha yüksək sayıqlıq nümayiş etdirilməlidir”, - Fransa Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
















