• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ukraynada müharibədə dağılan abidələrin SAYI AÇIQLANDI

DÜNYA

02 Aprel 2022 | 12:25 | Müəllif: Qalib İbrahimoğlu

Ukraynada müharibədə dağılan abidələrin SAYI AÇIQLANDI

Ukraynada müharibə başlayandan 53 vacib mədəni abidə dağıntıya məruz qalıb.

Bakıvaxtı.az-ın yaydığı xəbərə görə, bu barədə UNESCO-nun məlumatında bildirilib.

Qeyd olunub ki, hərbi əməliyyatlar nəticəsində 29 kilsə, 16 tarixi bina, 4 muzey və 4 abidə zədələnib. Dağıntıya məruz qalan abidələrin Kiyev, Xarkov və Çerniqovda yerləşdiyi bildirilib.

“Bu son siyahıdır, lakin hərtərəfli deyil, bizim ekspertlərimiz məlumatları təsdiqləməyə davam edirlər”, - təşkilatın mətbuat katibi AFP xəbər agentliyinə bildirib.

UNESCO dağıntıları təsdiqləmək üçün peyk fotolarından və şahidlərdən istifadə etdiyini açıqlayıb (BBC).


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026