• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Lavrov Putinin səhhətindən danışdı - "Təhlükənin nə olduğunu başa düşəcəksiniz"

DÜNYA

02 May 2022 | 00:32

Lavrov Putinin səhhətindən danışdı - "Təhlükənin nə olduğunu başa düşəcəksiniz"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbdə Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, nazir prezidentin səhhətinə şübhə edənlərə onun qəbul etdiyi xarici qonaqlara müraciət etməyi tövsiyyə edib.

“Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə təmasda olan xarici liderlərdən, o cümlədən BMT-nin baş katibi Antonio Quterreşdən soruşun. Düşünürəm ki, təhlükənin nə olduğunu başa düşəcəksiniz", - deyə Lavrov bildirib.

Qeyd edək ki, Qərbdə prezident Putinin səhhətindəki vəziyyətlə bağlı çoxlu fərziyyələr var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026