• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsrail bu silahla İranı asanlıqla vura bilər

DÜNYA

31 May 2022 | 21:48 | Müəllif: Subhan Mahmudov

İsrail bu silahla İranı asanlıqla vura bilər

Hərbi mənbələr yəhudi dövlətinin arsenalında ən azı 90 nüvə başlığının olduğunu təxmin edirlər.

Bakıvaxtı.az Teleqraf.com-a istinadən xəbər verir ki, nüvə silahlarına qarşı beynəlxalq saziş (NPT) İsrail, Hindistan və Pakistan istisna olmaqla, bütün ölkələr tərəfindən imzalanıb. Mənbə İsrailin 1950-ci ildən bəri müharibə vəziyyətinə görə nüvə silahları əldə etməyə meylli olduğunu bildirib.

İsrail 1948-ci ildə müstəqilliyini elan etdikdən bir neçə il sonra bu ölkənin ilk baş naziri Ben Qurion nüvə güclərini təqib etmək üçün kritik qərar verib.

Mütəxəssislər hesab edirlər ki, o gündən bəri nüvə proqramını inkişaf etdirən yəhudi dövlətinin hazırda ehtiyatda plutonium əsaslı 90 nüvə başlığı var və lazım gələrsə, təxminən 100-200 silah hazırlamaq üçün kifayət qədər plutonium ehtiyatı mövcuddur.

2019-cu ildə İsrailin “Jericho-3” raketini sınaqdan keçirdiyi bildirilib. “Jericho”nun 4000-6000kilometrə qədər uçduğu deyilir. Yəni işə salındıqda asanlıqla İran ərazisinə çata bilər. Bəzi mənbələr “Jericho 3”ün 750 kq nüvə başlığı ilə təchiz oluna biləcəyini təxmin edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026