• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Türkiyə İŞİD üzvünü Böyük Britaniyaya deportasiya edəcək

DÜNYA

30 Iyun 2022 | 20:24

Türkiyə İŞİD üzvünü Böyük Britaniyaya deportasiya edəcək

Türkiyə İŞİD-in "Beatles" adlı edam qruplaşmasının üzvü olduğu iddia edilən Eyn Devis adlı şəxsin bir neçə gün ərzində Böyük Britaniyaya deportasiya edəcək.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin "Middle East Eye" nəşri məlumat əldə edib.

Qeyd olunub ki, əslən Londondan olan Eyn Devis 2015-ci ilin noyabrında İstanbulda Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunduqdan sonra 7 il yarım müddətinə azadlıqdan məhrum edilib.

O, hazırda Ankaranın Sincan həbsxanasında saxlanılır, lakin artıq sərbəst buraxılmalı və iyulun 9-da Böyük Britaniyaya deportasiya edilməlidir.

Devislə eyni vaxtda həbs edilmiş və məhkum edilmiş digər iki nəfər isə artıq sərbəst buraxılıb.


SON XƏBƏRLƏR

18 Mart 2024